Seninem.Az > Siyasət / Manşet Sağ > Prezident Administrasiyasında yeni sektor yaradıldı və TƏYİNAT oldu

Prezident Administrasiyasında yeni sektor yaradıldı və TƏYİNAT oldu


Tarix: 3-05-2018, 17:47. Müəllif: admin
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.

Leqal.info AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.

İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt