SORĞU: Respondentlərin 82,9 faizi İlham Əliyevə səs verəcəyini bildirib

ABŞ-ın "AJF&Associates Inc.” təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar "exit-poll” öncəsi apardıqları sosioloji araşdırmanın nəticələrini elan ediblər.

Sorğuya əsasən respondentlərin 82,9 faizi İlham Əliyevə səs verəcəyini bildirib.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında qeyd edilib ki, bu 2 təşkilat birlikdə Prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi məqsədi ilə sorğu keçirib. Sorğuya müxtəlif rayonlardan 1500 nəfər respondent cəlb edilib. Respondentlərin 74,0%-i seçkilərdə iştirak edəcəklərini deyiblər. Rəyi soruşulanların 82,9 %-i aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildiriblər. Respondentlərin 70,9%-i hakimiyyəti bəyəndiyini ifadə edib.

Respondentlərin əksəriyyəti ölkədə güclü iqtisadiyyatın və söz azadlığının olduğunu, insan hüquqlarının qorunduğunu, sabitliyin hökm sürdüyünü bildiriblər. Mətbuat konfransında qeyd edilib ki, bu təşkilatlar 200 məntəqədə "exit-poll" keçirəcək.

"Exit-poll"un keçirilməsinə 20 peşəkar supervayzer və 400 sorğuçu cəlb olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
28-03-2018, 21:00
Baxıs: 35 271
Reyting: