Rusiyalıların 41 faizi baş nazir Medvedevin fəaliyyətini mənfi qiymətləndirir

Rusiyalılar baş nazir Dmitri Medvedevin fəaliyyətini qiymətləndiriblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "İctimai Rəy" Fondunun apardığı sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 38 faizi baş nazirin fəaliyyətini yaxşı qiymətləndirib.

Respondentlərin 41 faizi isə hesab edir ki, Medvedyev öz işinin öhdəsindən gələ bilmir.

Sorğunun nəticəsində görə, respondentlərin 49 faizi hazırkı baş nazirə güvənmir.

Sorğuda iştirak edənlərin 1/3-nin son ayda Medvedyevə etimadı azalıb.

Qeyd edək ki, "İctimai Rəy" Fondu sorğunu oktyabrın 21-22-də Rusiyanın 73 subyektində keçirib. Sorğuda 207 yaşayış məntəqəsindən olan 3 min respondent iştirak edib.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
27-10-2017, 15:07
Baxıs: 524
Reyting: