Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.скачать dle 10.6фильмы бесплатно
24-03-2018, 13:23
Baxıs: 31 832
Reyting: