Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək
Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcəkTarix: 24-03-2018, 13:23. Müəllif: admin |
|
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır. Geri Qayıt |