Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planı qəbul edilib
Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planını qəbul edib.
Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Təqvim Planında seçki qanunvericiliyində nəzərdə tutulan əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığı, müddətləri və subyektlərin əhatə dairəsi müəyyən edilib. Təqvim Planında qeyd olunur ki, seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanır. Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları namizəd irəli sürə bilər. |
XƏBƏR LENTİ
Dünən, 10:22
Dünən, 10:21
Dünən, 10:21
Dünən, 10:21