Azərbaycan prezidenti Şri-Lanka prezidentinə təbrik məktubu göndərib
Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm". |
XƏBƏR LENTİ
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42