Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycan prezidenti Şri-Lanka prezidentinə təbrik məktubu göndərib
Azərbaycan prezidenti Şri-Lanka prezidentinə təbrik məktubu göndəribTarix: 3-02-2018, 17:30. Müəllif: admin |
|
Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm". Geri Qayıt |