Zelenski Rusiya əsirliyində olmuş Nəriman Cəlalovu Türkiyəyə səfir təyin etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Nəriman Cəlalovu ölkənin Türkiyədəki səfiri təyin edib.
![]() Oxu.Az xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib. 1980-ci ildə Özbəkistanda anadan olan N.Cəlalov Krım Tatar Xalq Məclisinin sədrinin müavini, eyni zamanda jurnalist və hüquq müdafiəçisidir. O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada qalıb, burada Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib. 2021-ci ilin sentyabrında Krım Platformasının sammitində iştirak etdikdən sonra Rusiya təhlükəsizlik qüvvələri tərəfindən diversiya ittihamı ilə saxlanılıb. 2022-ci ildə 17 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü il iyunun 28-də əsirlər mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb. |
XƏBƏR LENTİ
Bu gün, 08:29
Bu gün, 08:26
Bu gün, 08:23
Bu gün, 08:16
Bu gün, 08:14





































