Seninem.Az > Siyasət > Zelenski Rusiya əsirliyində olmuş Nəriman Cəlalovu Türkiyəyə səfir təyin etdi
Zelenski Rusiya əsirliyində olmuş Nəriman Cəlalovu Türkiyəyə səfir təyin etdiTarix: 20-05-2025, 13:45. Müəllif: admin2 |
Ukrayna Prezidenti Volodimir Zelenski Nəriman Cəlalovu ölkənin Türkiyədəki səfiri təyin edib.![]() Oxu.Az xəbər verir ki, müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc edilib. 1980-ci ildə Özbəkistanda anadan olan N.Cəlalov Krım Tatar Xalq Məclisinin sədrinin müavini, eyni zamanda jurnalist və hüquq müdafiəçisidir. O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra yarımadada qalıb, burada Krım tatarlarının və ukraynalıların hüquqlarını fəal şəkildə müdafiə edib. 2021-ci ilin sentyabrında Krım Platformasının sammitində iştirak etdikdən sonra Rusiya təhlükəsizlik qüvvələri tərəfindən diversiya ittihamı ilə saxlanılıb. 2022-ci ildə 17 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü il iyunun 28-də əsirlər mübadiləsi nəticəsində azad edilib və Ukraynaya qayıdıb. Geri Qayıt |