DSX Kadrlar Baş İdarəsinə yeni rəis təyin edildi

DSX Kadrlar Baş İdarəsinə yeni rəis təyin edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinə yeni rəis təyin edilib.

Bu barədə müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, polkovnik Əyyub Məmmədov sözügedən idarənin rəisi təyin edilib.

Qeyd edək ki, Məmmədov Əyyub Vəli oğlu 2020-ci ildə Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Xatırladaq ki, idarənin əvvəlki rəisi general-mayor Ayaz Hüseynov bir müddət əvvəl vəzifəsindən azad olunaraq, silahlı qüvvələrin ehtiyatına götürülüb.скачать dle 10.6фильмы бесплатно
11-07-2023, 11:53
Baxıs: 82
Reyting: