Vilayət Eyvazov Süleyman Soyluya başsağlığı verdi

Vilayət Eyvazov Süleyman Soyluya başsağlığı verdi

Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov türkiyəli həmkarı Süleyman Soyluya başsağlığı verib.
Ötən gün İstanbulda baş vermiş partlayışla bağlı göndərilən başsağlığında qeyd edilib:

"İstanbulun mərkəzində törədilmiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq".

Qeyd edək ki, dünən İstanbulun mərkəzində baş verən partlayışda 6 nəfər ölüb.скачать dle 10.6фильмы бесплатно
14-11-2022, 10:49
Baxıs: 299
Reyting: