Şavkat Mirziyoyev Azərbaycan prezidentinə başsağlığı verib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, Ş. Mirziyoyevin məktubunda deyilir:

"Azərbaycanın paytaxtı Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbəri bizi çox kədərləndirdi.

Zati-aliləri, bu hüznlü vaxtda Sizə, qardaş Azərbaycan xalqına, həmçinin həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir və kədərinizə şərik olduğumu bildirirəm.

Həlak olanlara Ulu Tanrıdan rəhmət, onların yaxınlarına səbir diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Qeyd edək ki, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev də Azərbaycan prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar başsağlığı verib.скачать dle 10.6фильмы бесплатно
3-03-2018, 16:00
Baxıs: 39 591
Reyting: