Yavuz Selim Kıran: "Türkiyə və Azərbaycan Qarabağın işğalına son qoyulan zaman bir millət və dövlət olduğunu göstərdi"

"Türkiyə və Azərbaycan Qarabağın işğalına son qoyulan zaman da bir millət və dövlət olduğunu göstərdi".

Leqal.info-nun xəbərinə görə, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan bütün sahələrdə "bir millət, iki dövlət" olduğunu dünən də, bu gün də sübut edib, sabah da isbat edəcək: “Türkiyə və Azərbaycan olaraq, bu günə qədər əldə etdiyimiz uğurlarla kifayətlənmirik. Bölgəmizin sabitliyi uğrunda bir sıra addımlar atmışıq. Əldə etdiyimiz zəfəri bölgə xalqlarının rifahına yönləndirmək üçün bir sıra addımları “3+3” platforması başda olmaqla diplomatik yolla həyata keçirməyə çalışırıq”.скачать dle 10.6фильмы бесплатно
15-06-2022, 18:34
Baxıs: 45 351
Reyting: