Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə ediblər
Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-dən Leqal.info-ya verilən məlumata görə, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər. Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































