Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Əfqanıstandakı sülhməramlıların birgə fəaliyyətini müzakirə ediblər

Avqustun 16-da Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Leqal.info-ya Azərbaycan XİN-dən bildirilib.

"Nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər", - məlumatda qeyd olunub.скачать dle 10.6фильмы бесплатно
16-08-2021, 15:00
Baxıs: 25 500
Reyting: