Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrılıb
Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Leqal.info-nun məlumatına görə, sərəncama əsasən, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılıb. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






