Kəlbəcərin elektrik enerjisi ilə təminatına 24,5 milyon manat ayrıldı
Prezident İlham Əliyev Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb.
Leqal.info-nun məlumatına görə, sərəncama əsasən Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24 milyon 500 min manat ayrılıb. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






