Putinin İlham Əliyevlə telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı rusiyalı sülhməramlıların işi, Dağlıq Qarabağda humanitar yardım göstərilməsi və qarşılıqlı iqtisadi əlaqələr müzakirə olunub.

Həmçinin, Rusiya sülhməramlılarının Dağlıq Qarabağ bölgəsindəki iş üsulları və əhaliyə humanitar yardımın göstərilməsi üçün bundan sonrakı addımlar nəzərdən keçirilib, regionda qarşılıqlı iqtisadi əlaqələr və nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələsi müzakirə olunub.

Bundan əlavə, Putin İlham Əliyevlə Rusiyanın qurumlararası nümayəndə heyətinin Bakı səfərinin nəticələrini müzakirə edib.скачать dle 10.6фильмы бесплатно
24-11-2020, 23:19
Baxıs: 21 046
Reyting: