Ermənistanda sərhəd qoşunlarının 37 hərbçisi ölüb, 243-ü yaralıdır

İşğalçı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları münaqişə bölgəsindəki döyüş əməliyyatları zamanı 37 nəfərin öldüyünü açıqlayıb.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Armen Abazyan mətbuat konfransında deyib.

“Döyüşlərə Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçuları cəlb edildi. Təəssüf ki, 37 nəfər öldü, 4 nəfər itkin düşdü. Daha 243 nəfər xəsarət aldı”, - deyə o bildirib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan ötən gün tutduğu vəzifədən azad edilib. Prezident Armen Sarkisyanın sərəncamı ilə bu vəzifəyə Arman Maralçyan təyin edilib.скачать dle 10.6фильмы бесплатно
27-10-2020, 14:52
Baxıs: 21 042
Reyting: