Ceyhun Bayramovla Pompeonun görüş saatı açıqlandı
Xəbər verdiyimiz kimi, 23 oktyabrda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfər edəcək.
Leqal.info-nun xəbərinə görə, XİN rəhbərinin Vaşinqtonda Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur. ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin məlumatına görə, Pompeonun Ceyhun Bayramovla görüşü saat 09:30-da (Bakı vaxtilə saat 17:30) baş tutacaq. Qeyd edək ki, Dövlət Katibi Bayramovla görüşdən sonra Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanla da görüşəcək. |
XƏBƏR LENTİ
Dünən, 12:20
Dünən, 11:21
Dünən, 11:11
Dünən, 11:04
Dünən, 10:30