Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

"Leqal.info" xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə videobağlantı formatında baş tutacaq.

Görüş zamanı tərəflər COVID-19 pandemiyası ilə mübarizə aparıldığı hazırkı vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə edəcəklər.

Xatırladaq ki, aprelin 20-də E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şafer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videobağlantı formatında görüş keçirib.скачать dle 10.6фильмы бесплатно
21-04-2020, 10:40
Baxıs: 67 572
Reyting: