Paşinyan artıq özünü diktator kimi aparır...

Ermənistan Xarici işlər Nazirliyi rusiyalı jurnalist İlya Azarın akkreditasiyasını ləğv edərək onun Ermənistana və Dağlıq Qarabağa girişinə qadağa qoyub.

Leqal.info xəbər verir ki, jurnalistin akkreditasiyanın ləğv edilməsinə “Novaya qazeta”da çıxan reportajının səbəb olduğunu bildirsək yanılmarıq.

İ. Azar reportajında real məsələlərə toxunub. O, məqaləsində Gümrüdən olan milliyyətcə erməni, Fransa vətəndaşı və könüllü olaraq döyüşə gələn Artur Ovannisyanın obyektiv fikirlərinə yer verib. A. Ovannisyan Ermənistan hakimiyyətinin insanları aldatdığını, 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərdiklərini, güllə keçirməyən jiletlərin , tankların olmadığını və resusurların tamamilə itirildiyini vurğulayıb. “Yemək maşını” nın yolda hər şeyi boşaltdığını, qidalanmaq üçün “Qrad” atəşi altında 4 kilometr məsafə qət edilməli olduğunu da açıqlamasında diqqətə çatdırıb.

Bundan sonra jurnalistin Ermənistana və Dağlıq Qarabağa girişinə qadağa qoyulması onu deməyə əsas verir ki, həqiqəti dilə gətirən digər xarici jurnalistləri də eyni aqibət gözləyəcək. Ona görə hazırda Dağlıq Qarabağda olan xarici jurnalistlərin yazdıqları da şübhə doğuracaq. Reportyorlar ancaq Paşinyan hökumətinin mövqeyini ifadə edən və rəsmi mənbələrin informasiyalarını yaymalı olacaqlar.

Bu arada bildirək ki, İ. Azar Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısındadır. Çünki o, Azərbaycan XİN-dən icazə almadan qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib.
Bütün bunlar Paşinyan hökumətinin söz və mətbuat azadlığına qarşı həyata keçirdiyi senzuranın nəticədir. Ötən gün bu kontekstdə Paşinyan hərbi vəziyyətin sərtləşdirilməsiylə bağlı qərar verib. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, Ermənistanın müdafiə qabiliyyətini şübhə altına alan verilişlər yayımlamaq olmaz. “Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin olunması ilə bağlı fəaliyyətləri, o cümlədən çıxışlar və nəşrləri də daxil olmaqla, tənqid, təkzib edən, effektivliyə şübhə edən və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaları qadağan edilib.

Müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti informasiyanın yayılmasının dayandırılması, çap avadanlığının, radio və audio yayım texnikasının, surətçıxarma aparatlarının müvəqqəti götürülməsi və ya və ya üzərinə həbs qərarı qoymaq səlahiyyətlərinə malik olan Ermənistan polisi həyata keçirəcək.

Hər tərəfdən sıxışdırılmış və devrilmək təhlükəsini hiss edən Paşinyan artıq özünü diktator kimi aparır. Ölkədə iqtisadi və sosial vəziyyət böhran həddindədir. Ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatı müharibə üçün resurslar tapa bilmir, xarici ianələr buna kifayət etmir, nəinki əhalini, cəbhə xəttini belə təmin etmək mümkünsüzləşib.
Paşinyan dünən cəmi 4 ay əvvəl təyin edilmiş “Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kəramyanı vəzifəsindən azad edib.

Artıq Ermənistanın sabiq prezidenti Robert Köçaryanın səyləri ilə Ermənistana böyük silah partiyası gətirdiyi barədə məlumatlar da var. “Qarabağ klanı”nın aktivləşdiyi görünür, bu kontekstdə də Köçaryan yenidən ortaya çıxıb.

Erməni KİV-nin bildirdiyinə görə, Robert Köçaryan bu günlərdə işğal olunmuş Dağlıq Qarabağda olub və özünü yenidən “Qarabağın xilaskarı” obrazında təqdim edib.скачать dle 10.6фильмы бесплатно
9-10-2020, 13:41
Baxıs: 36 674
Reyting: