"Tankçılarımız artıq öz məharətlərini göstərdi"
"Azərbaycan tankçılarının finala yüksəlməsi artıq bir nailiyyətdir".
Leqal.info bildirir ki, bunu açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. "Azərbaycan tankçılarının Beynəlxalq Hərbi Oyunlarda finala yüksəlməsi artıq bir nailiyyətdir. Yarışları izləyəcəyik. Bəzi məqamlar var. Realist olmaq lazımdır. Tankçılarımız artıq öz məharətlərini göstərib", - o bildirib. Qeyd edək ki, Rusiyada səfərdə olan Z.Həsənov "Tank biatlonu" Beynəlxalq Ordu İdman Oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək. |
XƏBƏR LENTİ
Bu gün, 21:52
Bu gün, 18:47
Bu gün, 18:44
Bu gün, 12:30
Bu gün, 10:40
Bu gün, 10:27
Bu gün, 10:12



































