PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir

Azərbaycan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov Türkiyədə bu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirlə görüşüb.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə İ.Dəmir “Twitter”də yazıb.

İ.Dəmir bildirib: “İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərimizi müzakirə etdik. Müdafiə sənayemiz PUA-lardan tuttmuş silah-sursata və raketlərə, elektron hərbi sistemlərə qədər bütün təcrübə, texnologiya və imkanları ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistemlər qazandırmaqla bərabər, mövcud sistemlərin modernləşdirilməsi, təmir və təlim fəaliyyətlərində də birlikdə çalışacağıq. Bir millət, iki dövlət!”
PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədirскачать dle 10.6фильмы бесплатно
17-07-2020, 14:04
Baxıs: 90 309
Reyting: