Nazir müavini: Hazırda döyüşlər davam edir, düşmənin canlı qüvvəsi və texnikası məhv edilir

Hazırda döyüşlər davam edir. Leqal.info-nunməlumatına görə, bunu müdafiə nazirinin müavini Kərim Vəliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, düşmənin ehtiyatları, canlı qüvvəsi və texnikası, komanda məntəqələri də vurulur və məhv edilir:

“Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”.

K.Vəliyev vurğulayıb ki, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. Onun sözlərinə görə, iki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib, düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.скачать dle 10.6фильмы бесплатно
14-07-2020, 13:14
Baxıs: 75 228
Reyting: