Spikerdən İmamverdi İsmayılova cavab
“Növbəti iclasların gündəliyinə daha az məsələlər salınmalıdır”.
Leqal.info-nun Modern.az-a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, normalda 1 saat yarım işlədikdən sonra insanlar yorulur və ən azından kofe fasiləsinə çıxırlar: “Amma artıq biz 2 saat işləmişik”. Spiker Sahibə Qafarova isə bildirib ki, koronavirusla əlaqədar iclasın gündəliyinə belə çox məsələ daxil edilir: “Biz tez-tez iclaslara gəlməmək üçün belə edirik”. Deputat İmamverdi İsmayılov bildirib ki, həmkarları bir az qısa çıxış etsələr, iclaslar tez bitər. Spiker isə cavabında bildirib ki, hamı deputatdır və danışmaq istəyir. |
XƏBƏR LENTİ
Bu gün, 11:16
Dünən, 12:05
Dünən, 12:05
Dünən, 12:05



































