Spiker: “Ordumuz istənilən təxribatın qarşısını almağa hazırdır”

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı təsis olunub. Bundan başqa parlament hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəza nəzərdə tutan dəyişikliyi də təsdiqləyib.

''Ermənistanda yaranmış gərgin siyasi vəziyyətdən istifadə edən siyasi qüvvələr, öz məqsədləri üçün cəbhədə atəşkəsi poza bilərlər ''. Belə bir açıqlamanı millət vəkili Qüdər Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar icalasında səsləndirib. Buna cavab olaraq parlament sədri Oktay Əsədov təşvişə heç bir əsas olmadığını bildirib.

İclasda "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi ilə baglı layihə də müzakirəyə çıxarılıb.Dəyişikliklə, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunub.

Parlamentdə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə cəza nəzərdə tutan dəyişiklik də təsdiqlənib.

Bu gün plenar iclasın gündəliyinə ümumilikdə 52 məsələ daxil olub. Onlardan 33-ü müzakirə edilib, digər məsələlərin isə may 4-də keçiriləcək iclasda müzakirə ediləcəyi bildirilib.скачать dle 10.6фильмы бесплатно
1-05-2018, 20:57
Baxıs: 74 580
Reyting: