Prezident İlham Əliyev qadınların cəmiyyətdəki yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına diqqətlə yanaşır

Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

"Leqal.info" xəbər verir ki, bunu Trend-ə millət vəkili Pərvin Kərimzadə deyib.

Deputatın sözlərinə görə, zamanın bütün dövrlərində zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadını iradəsi, mərdliyi, saflığı, ən əsası isə sədaqəti ilə dünyaya nümunə olub:

"Xalqımız mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi Nigar, Həcər, Tomris, Nüşabə, Heyran Nisə Bəyim kimi qəhrəman qadınlarımızla daim qürur duyub. Azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan və fəallıqları, mərdlikləri ilə tariximizi zənginləşdirən neçə-neçə qadınlarımız əfsanəyə çevrilərək Azərbaycan qadınının rəngarəng palitrasını yaradıblar. Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək olubⅦ.

P.Kərimzadə qeyd edib ki, qadınlarımızın missiyası bu gün də davam edir:

"Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər.

Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Cəmiyyətimizdə ictimai-siyasi və sosial-mədəni yaşam tərzinin formalaşmasında, dövlət quruculuğunda yorulmadan çalışan qadınların fəaliyyəti göz qabağındadır”.скачать dle 10.6фильмы бесплатно
9-03-2020, 20:02
Baxıs: 58 706
Reyting: