“İnsanların çox olduğu yerlərdən qaçmaq lazımdır”

Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir. Virus daşıyıcılarının sayı və miqyası daha təhlükəli şəkil almaqdadır. Məlum təhlükə ilə əlaqədar artıq bir çox ölkələrdə sərhədlər bağlanıb, aviareyslər təxirə salınıb. Epidemiya artıq ölkəmizə də gəlib çatıb. Rəsmi məlumatlara əsasən, hazırda Azərbaycanda koronavirus aşkarlanan şəxslər 3-ə çatıb. Hazırda həmin şəxslərin müalicəsi davam etdirilir. Bundan başqa, onlarla şəxs karantin altındadır.

“Report”un əməkdaşı V çağırış Milli Məclisin deputatlarının bir neçəsi ilə əlaqə saxlayıb və koronavirus epidemiyasından qorunmaq üçün nələri etdiklərini soruşub.

V çağırış Milli Məclisin deputatı Elman Nəsirov "Report"a bildirib ki, koronavirusdan qorunmaq üçün indiyə kimi heç bir maskadan istifadə etməyib:
“İnsanların çox olduğu yerlərdən qaçmaq lazımdır”
Elman Nəsirov
“Mən əllərimi tez-tez yumağı xoşlayıram. Adamların çox olduğu yerlərdə, demək olar ki, olmuram. Onu da deyim ki, axşam və səhər boğazımı yaxalayıram. Bundan əlavə, C vitamini qəbul edirəm. Ümumiyyətlə, payız və yaz mövsümündə bəzi xəstəliklər baş qaldırır. Ondan qorunmaq üçün isə immuniteti gücləndirmək lazımdır”.

Deputat onun zəif nöqtəsinin boğazı olduğunu deyib:

“İşimizlə bağlı çox danışırıq. Bu da bizim səs tellərimizə öz təsirini göstərir. Ona görə də səhər və axşam boğazımı yaxalayıram”.

V çağırış Milli Məclisin deputatı Tahir Kərimli isə hər şeydən əvvəl rəsmi qurumların məlumatlarına inanmağı düzgün hesab edir:
“İnsanların çox olduğu yerlərdən qaçmaq lazımdır”
Tahir Kərimli
“Bəzən sosial şəbəkələrdə şişirdilmiş məlumatlar olur. Digər tərəfdən isə şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır. Sabunla, ilıq su ilə yuyunmaq lazımdır. Bundan əlavə, insanların çox olduğu yerlərdən qaçmaq lazımdır. Artıq ölkəmizdə məktəblər bağlanıb və bəzi tədbirlər də təxirə salınıb. Hesab edirəm ki, bunların hamısı çox doğru qərarlardır”.

V çağırış Milli Məclisin deputatı Ağacan Abiyev qeyd edib ki, şəxsi gigiyenanı qorumağın koronavirusa heç bir dəxli yoxdur:
“İnsanların çox olduğu yerlərdən qaçmaq lazımdır”
Ağacan Abiyev
“Şəxsi gigiyena həmişə yüksək səviyyədə olmalıdı. Çünki şəxsi gigiyena mədəniyyətin bir hissəsidir”.скачать dle 10.6фильмы бесплатно
3-03-2020, 19:08
Baxıs: 80 090
Reyting: