MSK bir sıra namizədlərin müraciətinə baxdı

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında bir sıra namizədlərin müraciətinə baxıb.

“Leqal.info” xəbər verir ki, iclasda namizədlərin əmlakları barədə düzgün məlumat göstərmədiklərinə görə qeydə alınmadıqları bildirilib.

Həmin müraciətlər MSK-nın iclasında müzakirə edilərək namizədlərin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, əmlakı barədə düzgün məlumat göstərmyən namizədə kömək etmək mümkün deyil: “Əmlakla bağlı məsələ haqqında namizəd özü məlumat verməlidir. Biz istəsək də, əmlakla bağlı məsələni nəzərə ala bilmirik”.

M.Pənahov deyib ki, bütün namizədlər əmlak və gəlirlərini açıqlamalıdır: "Bu, Seçki Məcəlləsinin tələbidir. MSK digər düzəlməsi mümkün olan məsələlərlə bağlı çalışır ki, onları namizədin xeyrinə həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə namizədin xeyrinə qərar qəbul eməyə çalışırıq”.скачать dle 10.6фильмы бесплатно
17-01-2020, 15:10
Baxıs: 246 781
Reyting: