Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqləndi
Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib.
Leqal.info-nun məlumatına görə, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib. İclasda Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin "Təqvim Planı” təsdiq edilib. İclasda, həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dair müzakirələr aparılıb. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verib. Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































