"Yeni seçiləcək parlament komandasından gözləntilər çox böyükdür"

"Yeni Azərbaycan Partiyası yeniləşən idarəetmənin, islahatların fəlsəfəsinə uyğunlaşaraq siyasi-hüquqi sahələrdə dəyişiklikləri vacib hesab edir. YAP Siyasi Şurasının təklifi əsasında Azərbaycanın ali qanunverici orqanının – Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi də aparılan qətiyyətli siyasətə uyğun olaraq hüquqi, instisional demokratik dəyişikliklərdən doğan zərurətdir".

"Leqal.info" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayev bildirib.

Onun sözlərinə görə, yeni seçiləcək parlament komandasından gözləntilər çox böyükdür:

"Etiraf edilməlidir ki, hazırda Nazirlər Kabinetinin yeni komandasının formalaşmasından sonra hökumətin işində ciddi dönüş yaranıb. Bu prosesin digər ali orqanı - Milli Məclisi də əhatə etməsi siyasi arxitekturanın yenidən qurulmasının fəlsəfəsinə uyğundur. Parlament qanunverici orqan kimi ölkədə aparılan çevik və dinamik islahatların ahənginə, fəlsəfəsinə tam cavab vermir, yürüdülən praqmatik və yeni siyasi çağırışların tempi ilə uzlaşmır, ayaqlaşmır. Ölkədə aparılan yeniləşmə fəlsəfəsinin ruhuna uyğun olaraq qanunverici orqanın proseslərə daha fəal və çevik reaksiya verməsi, həqiqi qanunvericilik təşəbbüsləri ilə çıxış etməsi, qanunlar qəbul etməsi dərin siyasi ehtiyacdır. Bu baxımdan yeni seçiləcək parlament komandasından gözləntilər çox böyükdür".

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Azərbaycan Prezidenti yeni çağırışlara əsaslanan demokratik dövlət quruculuğu yolunda inamla yorulmadan çalışır, sürətlə dəyişən müasir dünyada daha effektiv və özünü doğruldan modellərin tətbiqinə geniş yer verir: "Yeni idarəetmə modelləri iqtisadi və siyasi həyatın dinamikliyini təmin edir. Ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası da inkişaf edən, müasirləşən, yeniləşən Azərbaycanın yeni çağırışlarının fəlsəfəsinə uyğun olaraq təkmilləşmənin təşəbbüskarı kimi çıxış edir. YAP sədri cənab İlham Əliyevin və YAP sədrinin müavini Mehriban xanım Əliyevanın müasir islahatlar kursunun əsas fəlsəfəsi vətənpərvər, milli, müasir düşüncə və təfəkkürə malik, yenilikçi kadrlarla daha böyük uğurlara nail olmaqdır". (Report)скачать dle 10.6фильмы бесплатно
28-11-2019, 17:15
Baxıs: 42 253
Reyting: