Əli Əhmədov: "Parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik"

"YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın".

Leqal.info "Report"a istinadən xəbər verir ki, bunu partiyanın sədr müavini - icra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

"Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik", - Ə.Əhmədov əlavə edib.

*** 15:01

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini - icra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir.

"Report" xəbər verir ki, mətbuat konfransı YAP-ın Siyasi Şurasının bugünkü iclasına həsr olunub.

Mətbuat konfransında YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.

Qeyd edək ki, YAP-ın Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.скачать dle 10.6фильмы бесплатно
28-11-2019, 15:10
Baxıs: 31 491
Reyting: