“Qarabağ Azərbaycanındır və onun mənsubiyyəti Paşinyan kimilərin bəyanatı ilə dəyişdirilə bilməz”

“Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycanın Prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi. Qarabağ Azərbaycandır! Tarixin təsdiq, beynəlxalq hüququn və birliyin qəbul etdiyi bu məntiqlə razılaşmamaq mümkün deyil”.

“Leqal.info” xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Baş Nazirin müavini vurğulayıb ki, Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur, onun mənsubiyyəti Paşinyan kimilərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək: “Buna Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandanı İlham Əliyev buna imkan verməz. Avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu. İşğalçı siyasətin aqibəti də beləcə xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə sona çatacaq”.

Xatırladaq ki, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır: "Qarabağ Azərbaycandır və nida işarəsi".скачать dle 10.6фильмы бесплатно
5-10-2019, 17:44
Baxıs: 41 748
Reyting: