“Oqtayı yuxumda gördüm, 1 il sonra da evləndik”

“Biz 1-ci kursda oxuyanda qrup yoldaşımız nişanlandı. Gətirdi hamımıza nişan konfeti payladı. Onu aparıb qoydum yastığımın altına. Subay qızıq axı, hamımıza maraqlıdır o fallar. Başımı qoydum yatdım. Mən hələ həyatda Oqtay kimi adamı görməmişdim, amma yatdım yuxumda gördüm”.

Leqal.info-nun Axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Dilarə Əliyeva ARB TV-də aparıcısı olduğu “Söhbət var” proqramında deyib. Aparıcı daha sonra həyat yoldaşı Oqtay Əliyevanı ilk dəfə görməsindən söz açıb:

“Yuxudan durdum, bacıma dedim ki, yuxuda kök, saqqalı bir dənə oğlan görmüşəm. Bu söhbətin üstündən 2-3 ay keçəndən sonra institutun həyətinə girəndə, bir də gördüm Oqtay dayanıb oğlanlarla söhbət edir. Elə oldu, elə hərlənib-fırlandı ki, ondan bir il sonra biz ailə qurduq”.скачать dle 10.6фильмы бесплатно
15-04-2019, 13:54
Baxıs: 61 974
Reyting: