Erməni müğənninin Azərbaycan ARZUSU: ”Könlünə pullu kişi düşüb” – Şeyxdən REAKSİYA

“Yəqin könlünə pullu Azərbaycan kişisi düşüb ki, ona dəniz qırağında villa, bahalı markalı avtomobil alsın”.

Erməni müğənninin Azərbaycan ARZUSU: ”Könlünə pullu kişi düşüb” – Şeyxdən REAKSİYABunu tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov Yenicag.az-a Qarabağda yaşayan erməni müğənni Elsa Simonyanın Azərbaycan vətənlaşlığını qəbul edəcəyi barədə açıqlamasına münasibət bildirərkən deyib.

Şeyx erməni müğənninin bu açıqlamasının arxasında məkr dayandığını bildirib:

“Bu finti-firuş erməni qızının açıqlamasının arxasında böyük məkr dayanır. Onsuz da onların xisləti belədir. Həm də yəqin bizim şou-biznesə qatılmaq istəyir. Baxır ki, şou-biznesdəkilər bahalı maşın sürür, dəniz qırağında villası, sponsorları… O erməni qızı da həvəsə düşüb. Yağlı Azərbaycan kişisi axtarır ki, ona sponsorluq etsin, özünə villa, bahalı marka avtomobil aldırsın. Sonra da ortalığa düşüb, üç badam bir qoz mahnılardan oxusun, özünə toy tutsun. Buyursun, gəlsin”.

Cəvahirскачать dle 10.6фильмы бесплатно
12-10-2023, 14:40
Baxıs: 1 819
Reyting: