Daşkəsəndə avtomobil çaya düşüb, xəsarət alanlar var

Daşkəsən rayonunda ağır yol qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq çaya düşüb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralıların Gəncədəki xəstəxanalardan birinə aparıldığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
12-12-2017, 03:04
Baxıs: 484
Reyting: