Baş Prokurorluq 3 il sonra ANS-ə bəraət verdi
"Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”.
Bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib. "Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!", - Vahid Mustafayev vurğulayıb. (Unikal.org) |
XƏBƏR LENTİ
Dünən, 19:08
Dünən, 19:02
Dünən, 17:46
Dünən, 13:39
Dünən, 13:30
Dünən, 13:28
Dünən, 11:16



































