Seninem.Az > Media / Manşet Yuxarı > Baş Prokurorluq 3 il sonra ANS-ə bəraət verdi
Baş Prokurorluq 3 il sonra ANS-ə bəraət verdiTarix: 6-05-2019, 14:59. Müəllif: admin |
|
"Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”. Bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib. "Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!", - Vahid Mustafayev vurğulayıb. (Unikal.org) Geri Qayıt |