Jurnalist Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

"Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, hazırda müdafiə tərəfi iş materialları ilə tanış olur.

Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
6-09-2017, 13:40
Baxıs: 594
Reyting: