Seninem.Az > Media > Jurnalist Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Jurnalist Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıbTarix: 6-09-2017, 13:40. Müəllif: admin |
"Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, hazırda müdafiə tərəfi iş materialları ilə tanış olur. Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Leqal.info Geri Qayıt |