PREZİDENT MÜKAFATINA LAYİQ GÖRÜLƏN YAZIÇI SONA ABBASƏLİQIZINI TƏBRİK EDİRİK

PREZİDENT  MÜKAFATINA LAYİQ GÖRÜLƏN YAZIÇI  SONA   ABBASƏLİQIZINI TƏBRİK EDİRİK

Yaradıcılıq ruhun ədəbi-poetik təqdisidir; şair -yazıçı sözü bədii kontekstlərdə elə cilalamalıdır ki, oxucu zövq almalı, duyğularını çırpındırçağı bacarmalıdır. Əgər bu kimi hallar baş verirsə, deməli, qələm sahibləri ədəbiyyatın fövqündə qalxıblar və yazdıqları ilə poeziyaya xidmətdədirlər. Bu cür qələm sahibləri əvvəllər də olub, bu gün də var. Yaradıcı ruhuna inandığımız, şeirlərini sevə-sevə təqdir etdiyimiz, nəsr əsərlərində ötkəm bir yazıçı ruhu müəyyən etdiyimiz Sona Abbasəliqızı da ədəbiyyata gəldiyi ilk gündən özünəməxsus ədəbi dəyərlər ehtiva edir, sözü su kimi təmiz tutur, fikrin lətafətində poetika axtarır, hədəfə aldığı mövzunu ləngərli səmtlərə çəkir, oxucuda dərin duyğu, güclü təfəkkür hasil edir. Hansı şeirini oxusaq, eyni pafosda rəng çalarları müşahidə edərik. Bu, o anlama gəlməsin ki, Sona xanım özünü yamsılayır, əksinə, eyni rəngdə müxtəlif ədəbi zərurətlər cızır, fikir müstəvisində ənənəvi və müasir şeirin timsalını tapır, öz yaradıcılığında bunun fərqini göstərir. Açığı, o, bu və bu kimi vacib nüansları poeziyanın mahiyyətində tuta bildiyi üçün illər əvvəl Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilmiş, nəhayət, 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Mükafat Fondunun mükafatına – el dilində desək, Prezident təqaüdünə layiq görülməsi münasibətilə SONA XANIMI TƏBRİK EDİRİK!скачать dle 10.6фильмы бесплатно
1-08-2023, 12:41
Baxıs: 918
Reyting: