BƏZİ KİTABLAR PREZİDENT KİTABXANASINA TƏQDİM EDİLDİ!

BƏZİ  KİTABLAR  PREZİDENT  KİTABXANASINA  TƏQDİM EDİLDİ!

SONA ABBASƏLİQIZININ “SÖZÜN XAQANI" tarixi romanı, hekayə, esse və şeir kitabları, şair-yazıçı GÜLQƏDƏM MİRZƏZADƏNİN “BAYRAQLI EVLƏR" NİZAMİ ELYANARIN "İŞĞALDAN QƏLƏBƏYƏ" YAŞAR KƏRİMOVUN "ZƏFƏRƏ GEDƏN YOL" kitabları Prezident Kitabxanasına təqdim olundu.
KİTABA DİQQƏT ARTIR. Kitab cəmiyyətlə ən münasib ünsiyyət vasitəsidir. Biz keçmiş ənənələri də məhz kitablar vasitəsilə əxz etmişik. Bu gün də kitab günümüzün reallığı kimi əks edir, oxu vasitəsi olaraq cəmiyyətdə milli-mənəvi dəyərlərə zəmin yaradır...
Allahın bəxş etdiyi ilham bizə könülləri oxşamaq şansı verir. İçimizdəki ədəbi, elmi, publisistik və ictimai düşüncələri kitaba hopdurmaqla oxucu məhəbbəti qazanır, bəzən də vətənpərvərlik mövzulu yazılarımızla gənc nəsildə milli hiss formalaşdırır, onların əsl vətəndaş kimi yetişmələrinə təkan veririk. Bu da ruhumuzu rahat edən ən vacib məsələlərdir...
Bu vaxta qədər çap etdirdiyimiz kitablar oxucu auditoriyası qazanmaqla, həm də bizə yeni yaradıcılıq ruhu verir. Nəticədə, kitabla cəmiyyət arasında bir körpü yaradır, ədəbi qaynaqları yaşatmış oluruq.
Şəxsən mən, hər dəfə kitabım çap olunanda körpə uşaq kimi sevinmişəm. O mənada ki, Allah mənə ədəbi lütf verib və mən bu lütfdən oxucuya da pay ayıra bilmişəm. Açığı, şanslı qələm sahibiyəm, ən azından ona görə ki, yazdıqlarıma dəyər verənlər var. Məsələn, bugünlərdə dəyərli eloğlumuz, qəlbi təmiz insan, yazıçı olmasa da, ədəbi ruhun insanlarına dərin rəğbəti olan vətənsevər insan Əli Vəliyev mənim (Sona Abbasəliqızının) “Sözün Xaqanı” tarixi romanı, (Türkiyədə ödülə layiq görülmüşdür)
"İşıqlı arzular toplusu", "Sükut haray çəkir", "Ağlayan xatirələr" hekayə, esse və şeirilərdən ibarət olan, həmçinin, şair -yazıçı Gülqədəm Mirzəzadənin “Bayraqlı evlər” (kitabın Türkiyede hörmətli dr.rpofessor Zakir Kaya tərəfindən türkceye çevrilib.) Nizami Elyanarın "İşğaldan Qələbəyə" Yaşar Kərimovun"Zəfərə gedən yol" ədəbi düşüncələrini kitabçılıq işində xüsusi səmərəsi və təbliğatçılıq işi olan Prezident Kitabxanasına təqdim edib, həmin kitabxananın məsul işçisi Əli Abbasəliyevlə bu kitablar barədə müəyyən söhbət aparıb, Prezident Kitabxanasının dövlət dəyərlərində mühüm rol oynadığını deyib.
Əlbəttə, kitablarımızın Prezident Kitabxanasında yer alması, oraya təşrif buyuran oxucuların kitablarımızla təmas qurması bizim üçün çox sevindirici hadisədir. Bu, həm bizim yaradıcılığımıza, həm də ədəbi düşüncəmizə misilsiz mənada müsbət təsir göstərir. Bu sevinci bizə yaşatdığına görə əziz eloğlumuz Əli Vəliyevə ürəkdən təşəkkür edir, onun vətənsevərliyini, ümumiyyətlə, insanlara ali münasibətini yüksək dəyərləndirirəm. Kitabı çap etdirmək əsas deyil, əsas məsələ o kitabı təbliğ və təşviq etməkdir. Bu, o mənaya gəlir ki, Əli Vəliyev bizdən daha önəmli işlə məşğuldur.
Hörmətli eloğlu Əli Vəliyev, bir daha sizə təşəkkür edir, cəmiyyət və dövlətçilik işindəki əməyinizi alqışlayıram. Var olun!
Dərin hörmətlə:
Sona Abbasəliqızı
AYB və AJB-nin üzvü
Prezident təqaüdçüsü
Türkiyə "Kaya haber"Azərbaycan təmsilçisi.скачать dle 10.6фильмы бесплатно
19-05-2023, 15:34
Baxıs: 326
Reyting: