Qadın səsi ilə olan reklamlar QADAĞAN EDİLDİ

Qadın səsi ilə olan reklamlar QADAĞAN EDİLDİ

Əfqanıstanın Qəzni vilayətinin informasiya və mədəniyyət şöbəsi bütün media orqanlarına qadın səsləri ilə reklam yayımlamamaq barədə xəbərdarlıq edib.

Bu barədə Əfqanıstanın “Hasht–e Subh” qəzeti yazıb.

“Taliban” yerli mediaya xəbərdarlıq edib ki, əmrə tabe olmadıqları təqdirdə sərt tədbirlərlə üzləşəcəklər.

Məlumata görə, rayon mətbuatında çalışan qadınlar qadağadan sonra işə çıxmır.

Qeyd edək ki, bundan əvvəl əfqan qadınlarına BMT ofislərində işləmək, şadlıq saraylarına, əyləncə parklarına tək getmək, universitet və məktəbdə təhsil almaq qadağan edilib.скачать dle 10.6фильмы бесплатно
1-05-2023, 12:33
Baxıs: 157
Reyting: