2023 Oskar namizədləri açıqlandı - SİYAHI

2023 Oskar namizədləri açıqlandı - SİYAHI

Dünyanın ən nüfuzlu və ən uzunömürlü mükafatlarından biri olan Oskar heykəlcikləri bu il də öz sahiblərini tapacaq.

 Kino üzrə ən yaxşılar 95-ci dəfə mükafatlandırılacaq.

Bu çərçivədə Amerika Kino Sənəti və Elmləri Akademiyası kino sənayesinin ən mühüm mükafatlarından biri sayılan 2023-cü il Oskar nominasiyalarını açıqlayıb.

Martın 12-də 95-ci Oskar Mükafat Mərasimi keçiriləcək və Oskar mükafatları 23 kateqoriya üzrə paylanacaq.

Elvis, Avatar: Suyun Yolu və Top Gun: Maverick mühüm kateqoriyalardan biri olan Ən Yaxşı Film kateqoriyasına namizədlər arasındadır.

Ən Yaxşı Aktyor kateqoriyasında, Ostin Butler, Colin Farrell, Brendan Fraser, Paul Mescal və Bill Nighy'nin namizədlər arasında olduğu açıqlanarkən, "Ən yaxşı qadın rolu" kateqoriyasında Keyt Blanşett, Ana de Armas, Andrea Risboro, Mişel Uilyams və Mişel Yeoh var.

Tənqidçilər Oskar yarışının 11 nominasiya qazanan "Hər şey hər yerdə birdən" və 9 nominasiya qazanan "İnişerin Banşiləri" arasında olacağını bildiriblər.

Top Gun: Maverick 6 nominasiya, Elvis isə 8 nominasiya alıb.скачать dle 10.6фильмы бесплатно
25-01-2023, 09:14
Baxıs: 108
Reyting: