Bakının bu ünvanında bina sökülür - Sakinlərə 1500 manat kompensasiya verilir

Bakının bu ünvanında bina sökülür - Sakinlərə 1500 manat kompensasiya verilir

Bakının Xətai Rayonu ərazisində 1905-ci ildə inşa edilmiş 2 mərtəbəli binanın söküntüsünə başlanılacaq.

Xətai Rayon İcra Hakimiyyətindən Baku.ws-ə daxil olan məlumata görə, söhbət 8 Noyabr prospekti 80 ünvanındakı yataqxanadan gedir.

Belə ki, 17 ailənin yaşadığı binada sakinlərə söküləcək evləri müqabilində 1500 AZN kompensasiya təklif olunub. Yataqxananın söküntüsü başa çatdıqdan sonra yerində heç bir bina inşa edilməyəcək. Binanın yerləşdiyi ərazi Ağ Şəhər layihəsinin iqtisadi zonasıdır.

Qeyd edək ki, söküntü işləri aparılacaq bina kəskin qəzalı vəziyyətdədir. Ötən il binanın bir neçə mənzilində tavanlar söküldüyü üçün onlar başqa yerə köçürülmüşdü.скачать dle 10.6фильмы бесплатно
2-02-2023, 10:54
Baxıs: 230
Reyting: