Bakıda evdən 12 min dollar oğurlayan şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda oğurluq etməkdə təqsirləndirilən Sahib Akulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Leqal.info "Report"a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elməddin Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işində üç zərərçəkmiş var.

Qeyd edək ki, S.Akulov oktyabrın 6-dan 27-dək olan müddətdə Nəsimi rayon ərazisindəki evlərin birindən 12 min ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayıb.

Nəsimi Rayon polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Akulov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, digər şəxslərin mənzillərindən də oğurluq edib.скачать dle 10.6фильмы бесплатно
7-01-2019, 12:20
Baxıs: 55 289
Reyting: