Ucarda 31 yaşlı qadını qətlə yetirən şəxs tutulub
Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Leqal.info-ya verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. |
XƏBƏR LENTİ
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42
Bu gün, 08:42