Seninem.Az > Kriminal / Manşet Yuxarı > Ucarda 31 yaşlı qadını qətlə yetirən şəxs tutulub
Ucarda 31 yaşlı qadını qətlə yetirən şəxs tutulubTarix: 20-12-2018, 11:18. Müəllif: admin |
|
Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub. DİN Mətbuat Xidmətindən Leqal.info-ya verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. Geri Qayıt |